Azərbaycan Ordusu irəlilədikcə çaxnaşma düşürdü - Babayan

Azərbaycan Ordusu irəlilədikcə çaxnaşma düşürdü - Babayan

Müharibə başlayan kimi Ermənistan hərbi aviasiya sistemlərinin 50 faizini, artileriyasının isə 40 faizini itirib.

Miq.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu qondarma rejimin "təhlükəsizlik şurasının katibi” və "müdafiə ordusunun” keçmiş komandanı Samvel Babayan erməni mediasına verdiyi açıqlamada deyib. O həmçinin qeyd edib ki, Azərbaycan hərbçiləri irəlilədikcə Ermənistan ordusunda çaxnaşma, qarışıqlıq baş alıb gedib:

"Ordumuz görəndə ki, düşmənə təzyiq göstərə, hücumunun qarşısını alıb yerində oturda bilmir, o zaman hərbçilərdə qorxu yaranaraq çaxnaşma baş qaldırırdı”.

Samvel Babayan qondarma rejimin "Müdafiə Ordusu”nun keçmiş komandanı olmuş Cəlal Arutyunyanın 19 yaşlı əsgərlərə leytenant rütbəsi verməsini anormal hal sayıb:

"Qaçanlar da var idi. Cəlal Arutyunyan 19 yaşlı uşağı tağım komandiri təyin etmək üçün ona leytenant rütbəsi vermək məcburiyyətində qalmışdı”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az