Azərbaycan polisi unikal texnika alıb

Azərbaycan polisi unikal texnika alıb
Azərbaycan şübhəli şəxsləri hərəkətə keçmədən zərərləşdirən texnikaya sahibdir.

Miq.az xəbər verir ki, bu barədə "Qafqazinfo” Türkiyə KİV-nə istinadən məlumat verir.

Məlumata əsasən, sözügedən xüsusi cihaz mühəndis Akif Ekin tərəfindən hazırlanıb. Mühəndis bildirib ki, bu aparatları "Minority Report” və "Person of Interest” kimi serial və filmlərdən təsirlənərək hazırlayıb və avadanlıqlar artıq Azərbaycana, Yaxın Şərq və bəzi Avropa ölkələrinə satılıb.

Təhlükəsizlik aparatının xüsusiyyətlərindən danışan Ekinin sözlərinə görə, polis avtomobillərinin lampalarına yerləşdirilən sistem hərəkətlərindən şübhələnilən və ya axtarılan şəxsi aşkar etdikdə həmin şəxsin şəhər daxilindəki bütün hərəkətləri izlənməyə başlanır, hətta onu zərərsizləşdirir. Mühəndis onu da əlavə edib ki, sözügedən təhlükəsizlik aparatı üz tanıma, sürət müəyyənləşdirmək kimi xüsusiyyətlərə sahibdir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az