Azərbaycan səfirlikləri Ermənistanın kiber hücumlarına məruz qaldı

Azərbaycan səfirlikləri Ermənistanın kiber hücumlarına məruz qaldı

Azərbaycan Respublikasının Hollandiya, Belçika və Qatardakı səfirliklərinin internet ünvanları 5 sentyabr 2015-ci il tarixində özünü "Artsax kiber ordusu” adlandıran qrup tərəfindən kiber terror hücumlarına məruz qalıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qısa müddət ərzində səfirliklərin internet saytlarının fəaliyyəti bərpa edilib.

Ermənistan tərəfindən Azərbaycan Respublikasının internet resurslarına, o cümlədən ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin internet saytlarına kiber terror hücumları davamlı əsasda həyata keçirilir.

Qəsddən vəziyyəti gərginləşdirmək üçün atəşkəs rejimini kobud şəkildə pozan, cəbhə zonasında təxribat-diversiya əməliyyatları törədərək məğlubiyyət və insan itkisi ilə üzləşən və diplomatik müstəvidə tamamilə təcrid olunmuş vəziyyətə düşən Ermənistan kiber terrorizm əməllərinə əl atmaqla, öz uğursuzluqlarını "kompensasiya” etməyə cəhd göstərir.

Ermənistan tərəfindən səfirliklərimizin internet saytlarına qarşı olan hücumlar müvafiq olaraq, bu ünvanları "host” edən serverlərə və serverlərin yerləşdiyi ölkələrin internet resurslarına və məkanına qarşı da kiber terrorizm əməlləridir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az