Azərbaycan səfirliklərində Qaynar xətt yaradıldı
Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılmasından sonra Azərbaycan Respublikasının Türkiyə səfirliyində Qaynar xətt yaradılıb.
Bu barədə Miq.Az-a səfirlikdən məlumat verilib.
"Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən Qaynar xətt yaradılıb. Qaynar xətt nömrəsi: +905372826740" - deyə, məlumatda qeyd olunub.
Azərbaycanın Gürcüstandakı səfirliyində də koronavirus infeksiyasının yayılma riski ilə əlaqədar operativ Qaynar xətt xidməti yaradılıb.
Bildirilib ki, mümkün müraciətlərin səfirlik tərəfindən cavablandırılması məqsədi ilə vətəndaşlar +995 577 06 50 50 qaynar xətti vasitəsi ilə səfirliklə əlaqə saxlaya bilərlər.
Miq.Az