Azərbaycan sərhəddində ANTİTERROR ƏMƏLİYYATI
Dərbənddə antiterror əməliyyatları çərçivəsində bu gün iki silahlı məhv edilib.
Operativ-axtarış əməliyyatı zamanı mühasirəyə alınan silahlılar təslim olmaqdan imtina edib və hüquq mühafizə orqanları əməkdaşlarına atəş açıblar. Atışma zamanı iki silahlı öldürülüb.
Bu barədə "RİA Novosti”yə Dağıstan üzrə Əməliyyat Qərargahından bildirilib.
"Əməliyyat Qərargahının rəhbərinin qərarı ilə 20.00-dan (Bakı vaxtı ilə 21.00-da) etibarən Dağıstanın Dərbənd şəhərində antiterror əməliyyat rejimi tətbiq edilib”, - deyə məlumatda bildirilir.
Əməliyyatın gecə başladığı və səhərə qədər davam etdiyi vurğulanır.
Dağıstanın Dərbənd şəhərində antiterror əməliyyatı rejimi tətbiq edilidiyindın əməliyyat çərçivəsində silahlılar və onların tərəfdarlarının axtarışı indi də həyata keçirilir.
Miq.az