Azərbaycan TƏHLÜKƏDƏ: Mütəxəssislər həyəcan təbili çalır

Azərbaycan TƏHLÜKƏDƏ: Mütəxəssislər həyəcan təbili çalır

Mütəxəssislər Avropa üzərində Rutenium buludunun dolaşması barədə bir neçə ay əvvəl xəbərdarlıq etmişdi.

 Miq.Az xəbər verir ki, məşhur həkim Vasif İsmayıl ruteniumun Azərbaycan üçün təhlükəsindən yazıb.

Bildirib ki, rutenium təbiətdə mövcud olan element deyil.

"Rutenium ancaq Uran- 235-in parçalanması nəticəsində meydana gəlir. Atmosferə Rutenium düşməsi üçün ya atom bombası partladılmalı, ya da atom stansiyalarından sızıntı olmalıdır. Fransız alimlər atmosferin Rutenium ilə kirlənməsinin təxminən 2 ay əvvəl Çelyabinsk istiqamətində baş verdiyini iddia etdilər.Çelyabinskdə Rutenium kirlənməsinin normadan 1000 dəfə artıq olduğunu rusiyalı qaynaqlar axırı ki, qəbul etdilər. Rutenium təbiətdə 1 ilə yarıbayarı azalır. Tədricən Toriuma keçir. Bu da öz növbəsində radioaktiv maddədir. Amma nisbətən qısa müddətə stabil Palladium elementinə keçir. Rusiyanın Çelyabinsk vilayətinin  1000 km qərbə doğru olan hissəsi  təxminən 2 il müddətinə təhlükəli bölgədir. Çernobıldan fərqli olaraq bu dəfəlik radioaktiv bulud Azərbaycandan yan keçdi. Azərbaycan üçün böyük təhlükə hələ də qalmaqdadır”- deyə mütəxəssis bildirib./A24.Az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az