Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçirilir - Tbilisidə

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçirilir - Tbilisidə
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin beşinci görüşü başlayıb.

Miq.az "Report"un məlumatına istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Gürcüstan XİN başçısı Mixail Canelidze iqtisadiyyat, nəqliyyat sferasında üçtərəfli formatda əməkdaşlığın perspektivlərini, eləcə də regiondakı vəziyyəti müzakirə edəcək.
Görüşün sonunda yekun olaraq Tbilisi bəyannaməsi imzalanacaq.
Nazirlər, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinə baxış keçirəcək. Bu hissədə işlər demək olar, tam bitib və xəttin sınağı 2015-ci ildə həyata keçirilib.
Xatırladaq ki, Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk üçtərəfli görüşü 2012-ci il iyunun 8-də baş tutub. Üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli görüşünə Gürcüstan ikinci dəfə ev sahibliyi edəcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az