Azərbaycan və Ermənistan nazirləri görüşəcək

Azərbaycan və Ermənistan nazirləri görüşəcək
"Çox güman ki, görüş iyulda olacaq"

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulda görüşü keçirilə bilər. İstiPress "İnterfax”a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan deyib.

"Ehtimal var ki, yaxın vaxtda xarici işlər nazirləri səviyyəsində görüş keçirilə bilər. Çox güman ki, görüş iyulda olacaq", - deyə erməni nazir bildirib.

Xatırladaq ki, nazirlərin son görüşü bu ilin fevral ayında ATƏT-in Minsk qrupunun iştirakı ilə keçirilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az