Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib
Hamburqda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. 

Miq.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan öz "Twitter” səhifəsində yazıb.

Dekabrın 8-də, axşam keçirilən görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü və iştirakı ilə baş tutub.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev görüş faktını təsdiqləyib. 

O bildirib ki, dekabrın 8-də ATƏT-in Minsk qrupu həmsədrlərinin dəvəti əsasında həmsədr ölkələrin, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi olub: "Hamburq görüşündən əvvəl Fransa xarici işlər nazirinin təklifi ondan ibarət idi ki, "2+3” formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin.

Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq siyasəti nəticəsində "2+3” formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmadı. Şam yeməyi əsnasında növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az