Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) 18 atletimizi diskvalifikasiya etməsi Azərbaycan millisinə növbəti zərbəni vurub. Apasport.az saytının məlumatına görə, yığmamız böyüklər arasında Avropa çempionatının ardınca yeniyetmələr arasında qitə birinciliyinə də buraxılmayacaq.
Buna İWF-nin cəzası səbəb olub. Belə ki, komandamız Azərbaycan Ağır Atletika Federasiyası 500 min avronu ödəməyənə kimi hər hansı bir yarışda iştirak hüququnu itirib.
Polşada aprelin 28-də start götürəcək qitə birinciliyi Yeniyetmələrin II Olimpiya Yay Oyunlarına lisenziya xarakteri daşıdığından millimiz Çinin Nanjinq şəhərinə vəsiqə qazanmaq imkanını da əldən verib. Avropa atletləri üçün Olimpiadaya yeganə lisenziya turniri olan çempionata buraxılmamaq isə bu yarışdan kənar qalmaq deməkdir.
Qeyd edək ki, 2010-cu ildə Sinqapurda baş tutan ilk Olimpiadada yeniyetmə idmançılarımız 5 qızıl və 3 bürünc medal qazanmışdılar. Yarışda 1 atletlə təmsil olunan ağırlıqqaldırma yığmamız isə bu qızıl medallardan birinə sahib olmuşdu. Həmin vaxt hazırda Azərbaycan millisindən imtina edərək, Qazaxıstana üz tutan Nicat Rəhimov (69 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Vətəninfo.az
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat