Azərbaycan yollarında bir gündə 9 nəfər öldü
Azərbaycanda ötən gün baş verən yol qəzalarının statistikası açıqlanıb.
Miq.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 9 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Yol qəzalarından ən ağırı İsmayıllı rayonu ərazisində baş verib. Həmin qəzada 7 nəfər ölüb.
Ölümlə nəticələnən digər iki yol-nəqliyyat hadisəsi Bakı şəhərində qeydə alınıb.
Miq.az