Azərbaycana qarşı təzyiqlər niyə çoxaldı: Netanyahunun səfəri yoxsa başqa səbəb?

Azərbaycana qarşı təzyiqlər niyə çoxaldı: Netanyahunun səfəri yoxsa başqa səbəb?

Azərbaycan güclü olduqda İranın bizə və bölgəyə təsiri azalmış olur. Bildiyimiz kimi İranla İsrail də əzəli düşməndir. Burda düşmənimin düşməni mənim dostumdur prinsipi rol oynayır".

Miq.Az xəbər verir ki, bu sözləri politoloq Azər Qasımlı son günlər İran və Rusiyadan Azərbaycana qarşı təzyiqlərin artmasına münasibət bildirərkən deyib.

Azər Qasımlınin sözlərinə görə, Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıya gəlməsinə İsrailin baş naziri Benjamin Netanyahunun səfərinin ciddi təsiri oldu: 

"Əgər belə bir səfər olmasaydı, Roqozin Bakıya belə tezliklə gəlməzdi. Bu da Rusiyanın və İsrailin bu bölgədəki maraqlarının toqquşmasından irəli gəlirdi. İsrail Azərbaycanla strateji partnyordur. Bu rəsmi şəkildə elan olunub. Bu bölgədə Azərbaycanın güclü olması İsrailin tam marağındadır. Eyni şəkildə Rusiya da İsrailin bu bölgədə güclü olmasını istəmir. Çünki Rusiya Qafqazı ənənəvi olaraq öz təsir dairəsində hiss edir. İsraillə strateji partnyorluğumuz var. Rusiya ilə strateji olmasa da, mehriban qonşuluq prinsiplərinə söykənən dostluq münasibətimiz var". 

Politoloq bildirib ki, həm Rusiya, həm də İsrail Azərbaycana hərbi texnika satır: 

"Buna görə də hər iki dövlətin hərbi iqtisadi maraqları ciddi şəkildə toqquşur. Roqozin uzun müddət Rusiyada hərbi texnika kompleksinə cavabdeh olan bir şəxsdir. Məhz Netanyahunun səfərindən sonra gəlişi Rsuiyanın ciddi narahat olmağını göstərir. İlk növbədə narahatçılıq hərbi texnikanın satışından ibarətdir. Çünki texnika hansı ölkədən alınırsa, irəlidə hərbi sistem də ona uyğun qurulur. Bu da Rusiyanın əlindən bazarın ciddi şəkildə çıxmasına dəlalət edir".

Azər Qasımlının fikrincə biz bir dövlət olaraq dünya xəritəsində olan bütün ölkələrlə normal münasibət saxlamağa çalışmalıyıq: 


"İlk növbədə Azərbaycan qonşuları ilə normal münasibət olmalıdır. İran və Rusiya bizə kimlə dostluq edəcəyimiz barədə diqtə edə bilməz. Sadəcə strateji partnyorluğa gedən yolda Azərbaycanın maraqlarına uyğun hərəkət etmək lazımdır. Həm də müəyyən ölkələr arasında balans saxlamaq lazımdır. Amma bu balans o vaxta qədər saxlanılır ki, sənin dost hesab etdiyin ölkələrə sənə qarşı hansısa bir hərəkətdə olmurlar. Yaxud səninlə müharibə aparan ölkəyə (konkret olaraq Ermənistana) hər hansı bir yardım etmirlər və onu dəstəkləmirlər. Əgər qonşularımız bunu etmirsə, biz də onların düşmən hesab etdiyi ölkələrlə lazım olan qırmızı cizgiləri keçməyə razı olmarıq"./qaynarinfo.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az