Azərbaycana qoyulan investisiyalar 260 milyard dolları keçib

Azərbaycana qoyulan investisiyalar 260 milyard dolları keçib
"Ötən illər ərzində Azərbaycana qoyulan investisiyaların həcmi 260 milyard dolları keçib".

Miq.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyi yanıbda Sahibkarlığın İnkişafı Fondu ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasındakı "Ağıllı körpü" birgə treninq layihəsinin başa çatmasına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir müavini bildirib ki, son 8 ay ərzində qeyri-neft sektoru əhəmiyyətli artım nümayiş etdirib və bu, neft hasil edən ölkədə iqtisadiyyatın inkişafının vacib göstəricisidir:
"İnnovativ sahibkarlığın inkişafı bütün dünyada, o cümlədən də Azərbaycanda aktualdır. Ona görə də qlobal iqtisadiyyatda geniş yayılan innovativ sahibkarlıq Azərbaycanda iqtisadi islahatların vacib istiqamətlərindəndir".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az