Azərbaycanda 18 yaşlı bağban ov tüfəngi ilə öldürüldü - Ailəsindən inanılmaz iddialar

Azərbaycanda 18 yaşlı bağban ov tüfəngi ilə öldürüldü - Ailəsindən inanılmaz iddialar
Space Tv-də Amil Xəlilin "Gəl, dərdini danış" sosial-kriminal layihəsində inanılmaz anlar yaşanıb.

Miq.az unikal.org-a istinadən xəbər verir ki, verilişə müraciət edən Şabran sakinləri oğulları Mahirin ölümündən danışıb. Onlar qeyd edib ki, Mahir ov tüfəngi ilə özü-özünü öldürə bilməz. Hətta ekspertlər bildirib ki, insan ov tüfəngi ilə alın nahiyəsindən vurara bilməz. Çünki "qoşa lülə" uzun və ağır olur.
Mahirin atası Məmməd bildirib ki, araşdırma da düzgün getməyib. Verilişin gedişatında digər müəmmalı məsələlər ortaya çıxıb. Sən demə Mahiri öldürən şəxs 16 yaşı hələ tamam olmamış kənd sakini olub.
 
Qeyd edək ki, "Gəl dərdini danış" həftə içi hər gün saat 12:20 də Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az