Azərbaycanda bir neçə məmur həbs edildi

Azərbaycanda bir neçə məmur həbs edildi

"Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov saxlanılıb.

 

Vizual.az Trend-ə istinadən xəbər verir ki, M.Məmmədov da Milli Təhlükəsizlik Nazirliyi ətrafında aparılan istintaq işi ilə əlaqədar saxlanılıb.

 

Mənbənin verdiyi məlumata görə, onunla bərabər daha bir neçə vəzifəli şəxs saxlanılıb.

 

Bundan əvvəl Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az