Azərbaycanda "Derbi" adında yeni qəzet fəaliyyətə başladı

Azərbaycanda

Azərbaycanda "Derbi" adında yeni qəzet fəaliyyətə başlayıb. 

Miq.Az-ın verdiyi xəbərə görə, bu gün ilk sayı satışa çıxan qəzet həftədə 2 dəfə - II və V günlər dərc olunacaq.

"Derbi" qəzetində "Azərlotereya” ASC-nin Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən mərc oyunları markası "Misli”-nin idman yarışlarına olan əmsalları, şirkətin müxtəlif məhsulları – tirajlı lotereyalar, ani lotereyelar və virtual lotereyeları barədə məlumatlar dərc olunacaq.

Qəzeti bütün qəzet köşklərindən almaq və ya abunə yolu ilə əldə etmək mümkündür.

Qəzetə abunə olmaq istəyənlər redaksiya ilə əlaqə saxlaya bilər- Tel: 055 211 45 88
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az