Azərbaycanda döyüldüyü iddia edilən məmur işdən azad edildi - FOTO

Azərbaycanda döyüldüyü iddia edilən məmur işdən azad edildi - FOTO
Onun bank rəhbəri tərəfindən döyüldüyü iddia edilir

Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Xəyalə Qəmbərova vəzifəsindən azad olunub.

Miq.az "Report"a istinadən xəbər verir ki, X.Qəmbərovaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni vəzifə verilib.

Qeyd edək ki, ötən həftə mətbuatda X.Qəmbərovanın ləğv olunmuş "Zamin Bank"ın rayon filialının rəhbəri tərəfindən döyülməsi barədə xəbərlər yazılıb.

X.Qəmbərova bu vəzifəyə 2014-cü ildə təyin olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az