"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" - Komitə sədri

"Bu gün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır".

Sonxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bugünkü iclasında büdcə müzakirələri zamanı deyib.

Komitə sədri bildirib ki, əməkhaqlarının uçotu düzgün aparılmır.
"Məhz bu səbəbdən də Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Ona görə də vergilər sistemində nəzərdə tutulan dəyişikliliklər heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək".
Komitə sədri qeyd edib ki, bəzən haqsız olaraq Azərbaycan neftdən asılı olduğu deyilir: "Amma unutmamalıyıq ki, bu gün Azərbaycan neftlə yanaşı, qaz ixrac edən ölkəyə çevrilib. Biz Neft Fondu heabına iqtisadiyyatımızı yeniləmişik, bu fonda hesabına su kəmərlərii çəkmişik, neft yataqlarını inkişaf etdirmişik. Bu baxımdan büdcəyə Dövlət Neft Fondundan vəsaitlərin ayrılması müəyyən zamanda realdır. Neft Fondunun şəffaflığı dünya tərəfindənq qəbul edilir. Bu fondun bir sıra məqsədlər üçün bundan sonra istifadə edilməsi vacibdir".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az