Modern.az saytı evlilik müqaviləsinin bağlanmasın vacib olub-olmadığı, müsbət cəhətləri mövzusunda psixoloq Elmir Əkbər və "Qadın və Tərəqqi” İctimai Birliyinin sədri Lalə Abbasovanın fikirlərini təqdim edir.
Psixoloq Elmir Əkbərin fikrincə, təəssüf ki, Azərbaycanda evlilik müqaviləsini insanlar müdaxilə kimi qiymətləndirir: "Əgər ölkəmizdə evlilik müqaviləsinin bağlanması könüllülükdən məcburiliyə keçirilsə, hər kəs öz hüququnu daha yaxşı dərk edər. Tibbi müayinə könüllülükdən məcburiliyə keçirildi, evlilik müqaviləsi də belə olmalıdır”.
Lalə Abbasovanın sözlərinə görə, ölkəmizdə hələ insanlar evlilik müqaviləsinin bağlanmasına hazır deyil: "Əlbəttə, heç bir ailə ayrılmaq üçün qurulmur. Ancaq hərtərəfli düşünmək gərəkdir. Evlilik müqaviləsinin müsbət cəhəti odur ki, qadın və kişi əvvəldən müqavilə imzalamaqla öhdəlik götürür”.
Məlumat üçün bildirək ki, Lalə Abbasova ölkəmizdə ilk evlilik müqaviləsi mövzusunda yazılan "İcbari nikah ailənin sığortalanmasıdır” kitabının müəllifidir.
Vətəninfo.az