Azərbaycanda koronavirusla bağlı statistika: yoluxanların çoxu qadındır

Azərbaycanda koronavirusla bağlı statistika: yoluxanların çoxu qadındır

"Bu gün koronavirus pandemiyası ilə bağlı 3 661 test edilib. 17 nəfər reanimasiyadadır. Onlardan da 6-sı süni nəfəs aparatına qoşulub".

Miq.Az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu xəstəliyə yoluxma qadınlar arasında üstünlük təşkil edir.

R.Bayramlı qeyd edib ki, ümumilikdə 1 253 yoluxma faktı var:

"Bu günə qədər 75 397 test edilib. Ölüm sayı 13-dür. Bu gün ölüm faktı olmayıb. Bu günə qədər 404 nəfər sağalıb".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az