Azərbaycanda ov edən 16 ərəb ölkədən qovuldu

Azərbaycanda ov edən 16 ərəb ölkədən qovuldu
Ötən il Azərbaycanda qanunsuz ov edən və çoxusu Körfəz ölkələrindən olan 16 xarici vətəndaş saxlanılıb.

Miq.az xəbər verir ki, bunu Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə baku.ws-ə bildirib.

"Ölkəyə qanunsuz giriş və brakonyerlik faktları qeydə alındıqda tərəfimizdən ciddi tədbirlər görülür. Həmin 16 xarici vətəndaş 32 min manata qədər cərimə olunaraq Dövlət Miqrasiya Xidməti tərəfindən bir daha Azərbaycana buraxılmamaq şərti ilə ölkədən məcburi çıxarılıb”, - deyə Hikmət Əlizadə bildirib.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az