Azərbaycanda QƏRİBƏ OLAY: bu evdə hər şey öz-özünə alışıb yanır - FOTOLAR

Azərbaycanda QƏRİBƏ OLAY: bu evdə hər şey öz-özünə alışıb yanır - FOTOLAR

Bildirilir ki, artıq iki gündür, həmin evdə ayrı-ayrı vaxtlarda gün ərzində 20-25 dəfə kiçik yanğın hadisələri baş verir. Ayrı-ayrı vaxtlarda, xalça, geyim əşyaları yanır

Lənkəranda yaşayış evlərindən birində qeyri-adi və sirli yanğın baş verir.

Miq.Az Lent.az-ın məlumatına istinadən xəbər verir ki,  Lənkəranın aşağa Nüvədi qəsəbəsindəki evlərdən birində görünməmiş olay yaşanır.
 
Belə ki, qəsəbə sakini 1948-ci il təvəllüdlü Davud Bağırzadəyə məxsus evdə 45 gündür, mənbəyi bilinməyən yerdən divarların, ev əşyalarının  üzərinə su tökülürmüş. Su axan ərazilər qazılsa da, suyun mənbəyi aşkar olunmayıb.
 
Bildirilir ki, artıq iki gündür, həmin evdə ayrı-ayrı vaxtlarda gün ərzində 20-25 dəfə kiçik yanğın hadisələri baş verir. Ayrı-ayrı vaxtlarda, xalça, geyim əşyaları yanır. 
 
Yanğın zamanı hadisə yerinə dərhal FHN əməkdaşları çağırılıb və yanğınsöndürənlər baş verən hadisənin qarşısını alıblar. Yaşayış evindən bütün əşyalar təxliyyə olunub.
 
Buna baxmayaraq, evdən çıxarılan əşyalar yığıldığı qarajda da yanır. Bu gün isə evin qapısı və pəncərəsi alışıb yanıb.
 
Qeyd edək ki, evdə bütün elektrik və qaz təsərrüfatı söndürülüb, lakin kiçik yanğınlar davamlı olaraq müşahidə olunur.
 
Maraqlı detal isə odur ki, bu gün bu qeyri-adi evə din xadimləri də dəvət olunub. Onlar bu hadisəni təəccüblə qarşılayıblar.
 
Onu da bildirək ki, evdə bir ailənin 6 üzvü  yaşayır.





Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az