İmişli şəhərində iş adamının oğlun etdiyi qalmaqallı toyun görüntüləri yayılıb.
Miq.Az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə toyun çox dəbdəbəli təşkil edildiyi görülür. Toy karvanında çox sayda «Gelenvagen» avtomobili olub.
Mərasimdə məşhur müğənni Əflatun Qubadov, muğam ifaçısı Elnarə Abdullayeva, meyxanaçı Pərviz Bülbülə və digər məşhur meyxanaçılar və müğənnilər iştirak edib.
Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı Qurban oğluna etdiyi toyla ölkəyə səs salmışdı.
Dekabrın 7-də İmişli şəhərindəki "Nərgizim” şadlıq sarayında baş tutan mərasimdən sonra – saat 01:30-da yarım saatlıq atəşfəşanlıq təşkil edilib.
Şahidlərin dediklərinə görə, təxminən, yarım saat havaya bir-birinin ardınca gur işıq və partlayıcı səs buraxan fişənglər atılıb, hay-küy səsi gecənin sakitliyini pozub. Adamlar yuxudan oyanaraq evlərin pəncərəsindən bayıra baxıblar, küçələrə çıxanlar olub.
[video=http://
]
Sakinlərin bəzilərinə elə gəlib ki, cəbhə bölgəsində atəşkəs pozulub, havaya buraxılanlar da odlu silahların mərmiləridir. Mindən çox adamın iştirakı ilə dəbdəbəli toy mərasimi təşkil olunub. Təkcə "Bəy-gəlin maşını”na 5, musiqiçilərə isə 20 min manat xərc çəkildiyi deyilir.
Elə havaya, dəyəri minlərlə manat hesablanan "raketlər” də şadlıq sarayının həyətindən buraxılıb. Əraziyə çoxsaylı polis əməkdaşı cəlb olunub, toy sahibi ilə uzun-uzadı davam edən danışıqdan sonra "atəş” dayandırılıb. Minlərlə rayon sakininin narahatlığına səbəb olan şənlik sosial şəbəkələrdə də müzakirə olunub, aşırı dəbdəbə və israfçılıq qınaq obyektinə çevrilib./missiya.az/