Azərbaycanda taksilərə YENİ QADAĞA

Azərbaycanda taksilərə YENİ QADAĞA
Azərbaycanda taksilərlə bağlı yeni qadağalar tətbiq ediləcək.

Miq.az  Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.

Məcəlləyə əlavəyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağan edilir. Buna görə, 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az