Azərbaycanda TƏHLÜKƏ: Bəzi sürüşmə ərazilərinin fəallaşacağı gözlənilir

Azərbaycanda TƏHLÜKƏ: Bəzi sürüşmə ərazilərinin fəallaşacağı gözlənilir

Yaxın günlərdə havaların yağıntılı keçəcəyinin proqnozlaşdırılması ilə əlaqədar bəzi sürüşmə ərazilərinin fəallaşacağı gözlənilir.

Miq.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

O qeyd edib ki, son günlər ərzində havanın yağıntılı keçməsi və yaxın 1 həftə ərzində də havanın yağıntılı keçəcəyinin gözlənilməsi yalnız çaylarla bağlı deyil, həm də sürüşmə əraziləri ilə bağlı problemin yaranmasına - ərazilərin fəallaşmasına gətirib çıxara bilər.

Hazırda ölkə ərazisindəki sürüşmə sahələrində nisbi fəallaşmanın olduğunu deyən E.Əlizadə bildirib ki, amma 1 həftə ərzində yağıntılar davam edərsə, problemin kəskinləşəcəyini gözləmək olar.

İnstitutun direktor müavinin sözlərinə görə, sürüşmə ərazilərinin fəallaşması Böyük Qafqazın cənub-şərq yamacında, xüsusilə İsmayıllı, Şamaxı zonasında və Böyük Qafqazın şimal-şərq yamacında - Şabran, Xızı, Siyəzən, Quba zonasında, qismən isə Qusarda, eyni zamanda Lənkəran zonasında gözlənilir: "Hazırda nisbi fəallaşma var. Amma onu hələ ki, biz hiss edirik, oradakı sakinlər hiss etmirlər. Bu 1 həftə ərzində də rütubətli hava davam edərsə, orada fəallaşmanı gözləmək olar. Bakı-Şamaxı-İsmayıllı yolunda, Bakı-Şamaxı-Ağsu yolunda, eyni zamanda Gədəbəy-Daşkəsən zonasında, xüsusilə Gədəbəydəki sürüşmə sahələrində fəallaşma gözləmək olar".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az