Azərbaycanda toylara icazə verilməsi ilə bağlı Hikmət Hacıyevdən AÇIQLAMA

Azərbaycanda toylara icazə verilməsi ilə bağlı Hikmət Hacıyevdən AÇIQLAMA

Toy və yas mərasimlərinin keçirilməsi kimliyindən asılı olmayaraq, hər kəs üçün qadağandır.

Miq.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu, ölkə miqyasında karantinin ilk günlərindən qadağan edilib:

"Bu qadağalarla bağlı Azərbaycan Respublikasında qanunun aliliyi ölkə başçısı tərəfindən dəfələrlə sübut olunub.

Bu gün ölkədə qanun hər kəs üçün keçərlidir.

Odur ki, toy və yas mərasimlərinin keçirilməsinə icazə ilə bağlı heç bir qərar yoxdur. Qadağalar qüvvədə qalır”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az