Azərbaycanda vərəm xəstələrinin sayı azalıb

Azərbaycanda vərəm xəstələrinin sayı azalıb
Son illər ölkə ərzində ağciyər xəstəliklərinin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur. 

Səhiyyə Nazirliyində  daxil olan məlumata görə, əgər 2010-cu ildə hər 100 min əhaliyə xəstələnmə göstəricisi 53 təşkil edirdisə, hazırda bu göstərici 39-a qədər azalıb. 
Məlumatda qeyd olunur ki, eynilə də ilkin aşkar olunmuş vərəm hallarının sayı 21% azalıb.
Müalicə tədbirlərinin gücləndirilməsi və xəstələrin dərman preparatları ilə təmin olunması nəticəsində ölüm hallarının sayı da azalmaqdadır: 2010-cu ildə 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil etdiyi halda, 2016-cı ildə həmin göstərici 4,6 olunub.
Vərəmin gecikmiş və yayılmış formaların sayında da nəzərəçarpan irəliləyiş əldə edilib. 2010-cu illə müqayisədə bu xəstələrin sayı iki dəfə azalıb (7,6%-dən 3,4 %-ə enib).
Dərmanlara davamlı vərəmin yayılma səviyyəsində də müsbət nəticələr əldə edilib. Əgər 2007-ci ildə bu formalı ilkin xəstələr ölkəmizdə Avropa ölkələri arasında ən yüksək qeyd edilirdisə, hazırda bu göstərici həm ilkin, həm də təkrar xəstələr arasında təxminən iki dəfə azalıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az