Azərbaycanda xidmət edən rus hərbçilərin yaxasında şok simvol - Foto

Azərbaycanda xidmət edən rus hərbçilərin yaxasında şok simvol - Foto
Laçın dəhlizində fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələrinin yaxasında bu ölkənin Ukraynaya qarşı apardığı müharibənin simvolu hesab edilən "Z” hərfi var. Halbuki Rusiya sülhməramlı qüvvələri adlanan hərbçilər iki il əvvəl Qarabağa gələrkən yaxalarında "Z” işarəsi olmayıb.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

O bildirib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayandan sonra döyüşlərə cəlb edilən hərbçilərin yaxalarında bu işarə qeyd edilib:

"Z” işarəsi Rusiyanın işğalçı müharibəsinin simvolu olaraq rus faşizmini özündə ehtiva edir. Azərbaycan ərazisində xidmət edən Rusiya hərbçilərinin yaxasında belə bir simvolun olması qəbuledilməzdir. Azərbaycan buna dərhal reaksiya verməlidir.

Rusiya dövlətinin işğalçı siyasətinin simvolu olan "Z” işarəsini sülhməramlı qüvvələr daşıyırsa, bu onların fəaliyyətini şübhə altına alır”.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az