Azərbaycanda zəlzələ -Episentrdə 4 bala yaxın olub

Azərbaycanda zəlzələ -Episentrdə 4 bala yaxın olub

Zəlzələ episentrdə 4 bala yaxın olub

Azərbaycanda son bir həftənin ikinci zəlzələsi baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilkin məlumatlara görə yerli vaxtla saat 11:20:56-da Zaqataladan 21 km şimal-qərbdə Balakən ərazisində zəlzələ qeydə alınıb. 

Maqnituda 3.8 olan zəlzələ yerin 2 km dərinliyində olub. 

Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış rayonlarında 3 bala qədər hiss olunub. 

Xatırladaq ki, iyun ayının 2-də Oğuz rayonunda da zəlzələ olub. Maqnitudası 4.5 olan təkanlar yerin 10 km dərinliyində baş verib.  Zəlzələ episentrdə 4 bala qədər, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Ətraf rayonlarda yaşayan əhalinin İstiPress-ə verdiyi məlumata görə, təkanlar bir neçə saniyə davam edib və əhali arasında təşviş yaradıb. Onlar evlərini tərk etməli olublar. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az