Azərbaycandan 540 milyon dollar Gürcüstana niyə axıb?

Azərbaycandan 540 milyon dollar Gürcüstana niyə axıb?

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsasən, 2015-ci ildə azərbaycanlılar bu ölkənin iqtisadiyyatına 540 milyon dollar investisiya yatırıb. Miq.az Virtualaz.org-un  Gürcüstan KİV-lərinə istinadən məlumatına əsasən xəbər verir ki, bu, qonşu ölkənin iqtisadiyyatına yatırılan birbaşa investisiyaların az qala yarısını - 40 faizindən çoxunu təşkil edir.

Azərbaycanlıların Gürcüstan iqtisadiyyatına bu cür rekord həcmdə yatırım qoymasını ölkədəki münbit iqtisadi iqlimlə əsaslandırırlar. Azərbaycandan Gürcüstana investisiya axını 2012-ci ildən sürətlə artmaqdadır. Ötən il isə Azərbaycanda yaşanan iki devalvasiya və bundan irəli gələn valyuta axını şəraitində Gürcüstana bu qədər kapital qoyuluşu baş verib. Bildirilir ki, azərbaycanlılar pulları Gürcüstanda maliyyə sektoruna, energetikaya, otel biznesinə və nəqliyyat layihələrinə yatırıblar. Habelə investisiyaların bir hissəsi tikinti sektoruna gedib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az