Azərbaycanı bir zərbəyə dağıtmaq istəyən erməniyə cavab

Azərbaycanı bir zərbəyə dağıtmaq istəyən erməniyə cavab
"Əgər Azərbaycan bir daha vəziyyəti gərginləşdirmək istəsə biz ona son və həlledici zərbə vuracağıq”.

Belə görünür ki, söhbət bizim ölkəni fantastik şəkildə dağıtmaqdan gedir. Bu barədə yeni erməni Napoleonu, özünü mövcud olmayan Qarabağ Respublikasının müdafiə naziri, "general-leytenant” adlandıran hansısa yarımçıq mühəndis Levon Mnasakanyan bildirib, özü də erməni KİV-lərinə.
Bu "dahi” strateq jurnalistlərə təmas xəttindəki vəziyyətdən danışıb. O, KİV-lərin keçən ilin aprel ayında 4 günlük müharibədə baş vermiş məğlubiyyət barədə suallarına cavab verməli olub. Görəsən, niyə məhz onda ermənilər son və həlledici zərbəni vura bilməyiblər?

Ermənilərin yeni Napoleonunun sözlərinə görə, 2016-cı ilin aprel ayından sonra qoşunların təmas xəttində böyük işlər görülüb. Tam video nəzarət təmin edilib ki, bu da insan amilini istisna etməyə imkan yaradıb. Yəni o, ön xəttin bu gün tam nəzarət altında olduğunu deyib. Onun sözlərinə görə, keçən ilin aprel ayında oralar tam nəzarətsiz olub, yəni iddia edir ki, o vaxt istənilən adam girib-çıxa bilirmiş?!. 
Qeyd elmək lazımdır ki, erməni hərbçilər hər dəfə aprel döyüşlərindən söz düşəndə uduzmalarına səbəb axtarmağa başlayırlar. Gah ən yüksək səviyyədə iddia edirlər ki, tank yanacağına su qatılıbmış, bu da tankları operativ şəkildə ön cəbhəyə keçirməyə imkan verməyib. İndi də video nəzarət məsələsini uydurublar.

Bu strateqlərdən heç biri Azərbaycan əsgərinin qəhrəmanlığı, peşəkarlığı və dözümü barədə danışmaq istəmir. Azərbaycanı bir zərbə ilə dağıtmaqla hədələyən erməni Bonapartına isə əsl Napoleonun öz hərbi karyerasını harda bitirdiyini yada salmaq istəyərdik. //İstipress.com
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az