Azərbaycanın ali təhsil müəssisələrində “İslamşünaslıq” ixtisası yaradıldı

Azərbaycanın ali təhsil müəssisələrində “İslamşünaslıq” ixtisası yaradıldı
Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində "İslamşünaslıq” ixtisası yaradılıb.

Miq.az Report-a istinadən xəbər verir ki, Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, təsnifatın "Humanitar və sosial ixtisaslar qrupu” bölməsinə "İslamşümaslıq” ixtisası əlavə edilib. İndiyə qədər isə yalnız "Dinşünaslıq” ixtisası tədris olunub.
Nazirlər Kabineti bu dəyişikliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az