Azərbaycanın daha bir möhtəşəm silahı - avtomatik minaatan yaradılır

Azərbaycanın daha bir möhtəşəm silahı - avtomatik minaatan yaradılır
Kompleks "Gürzə” maşınının şassisi üzərində yaradılacaq

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) mobil minaatan kompleksinin yaradılması üzərində işləyir.

Miq.az-ın  "AzeriDefence”ə istinadla verdiyi məlumata görə, bu barədə MAKA-nın baş direktoru Alçın Şirinzadə bildirib.

A.Şirinzadənin sözlərinə görə, 82 mm çaplı avtomatik minaatan kompleksi "Gürzə” maşınının şassisi üzərində yaradılacaq.

"Nazirliyimizin tapşırığına əsasən, 2017-ci ilin sonunadək "Gürzə” maşının bazasında 82 mm-lik özüyeriyən, idarə olunan minaatan sisteminin yaradılmasını qarşımızda məqsəd qoymuşuq. Artıq bu istiqamətdə araşdırmalara başlanıb”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az