Azərbaycanın energetika naziri vəfat etdi

Azərbaycanın energetika naziri vəfat etdi

Türkiyənin İstanbul şəhərində müalicə olunan Azərbaycanın energetika naziri Natiq Əliyev dünyasını dəyişib.

Miq.Az-ın "APA-Ecoonmics"ə istinadən məlumatına görə, İstanbulun "Florence Nightingale" klinikasında müalicə olunan nazirin vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsi yetərsiz olub.
 
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunurdu.
 
Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.
2005-2013-cü illərdə sənaye və energetika naziri, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifələrində işləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az