Azərbaycanın güc strukturu rəsmiləri Rusiyaya getdi

Azərbaycanın güc strukturu rəsmiləri Rusiyaya getdi
Onlar Dağıstanda həmkarları ilə görüşlərə qatılacaq

Ənənəvi Sərhəd-Sipər əməliyyatı ərəfəsində Azərbaycan və Dağıstan Respublikalarının daxili işlər nazirliklərinin  nümayəndə heyəti  Rusiyada görüşür.

İstiPress-in Şimal bürosunun məlumatına görə, bu gün səhər saat 10 radələrində Qusarın Samur keçid məntəqəsindən  Azərbaycan daxili işlər nazirinin müavini  Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti Dağıstana yola düşüb. Nümayəndə heyətinə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimov, sərhədyanı rayonların polis rəisləri daxildir.

Azərbaycan nümayəndə heyətinin rusiyalı həmkarları ilə birgə əməkdaşlığa dair, mütəşəkkil cinayətkarlığa, narkobiznesə, terrorizmə qarşı birgə mübarizə tədbirlərini müzakirə edəcəyi, hər il keçirilən sərhəd-sipər əməliyyatının təşkili və qarşıdakı duran vəzifələri müzakirə edəcəkləri gözlənilir.

Sərhəd-sipər əməliyyatının başlama tarixi də bu Mahaçqala görüşündə müəyyən olunacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az