Azərbaycanın şəhid hərbçisinin oğlu hamını ağlatdı

Azərbaycanın şəhid hərbçisinin oğlu hamını ağlatdı

Atasının medalı 4 yaşlı uşağa taxılıb

Şəhid döyüşçünün medalı ailəsinə verildi. Müdafiə Nazirliyindən Miq.Az-a verilən məlumata görə, təltif olunduğu medal ailəsinə təqdim edilib 2017-ci ilin fevralında düşmən təxribatlarının qarşısını alarkən həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid Fuad Fərhad oğlu Qafarovun ölümündən sonra təltif edildiyi medal təqdim edilib. 

Polkovnik Abdulla Qurbani  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş F.Qafarovun Azərbaycan Respublikasının Prezidenti adından "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif olunması barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrini tədbir iştirakçılarına çatdırıb və medal alqışlar altında şəhidin oğlu Fəridin yaxasına sancılıb. Dörd yaşlı şəhid övladının "Azərbaycan Respublikasına xidmət edirəm!” deməsi bütün tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Kiçik çavuş Fuad Qafarov 2017-ci ildə, fevralın 11-i axşam saatlarında Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. 

Şəhidin atası Fərhad Qafarov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Bir qrup hərbi qulluqçu və döyüşçü F.Qafarovun ailə üzvləri şəhidin məzarını ziyarət edib, ehtiram əlaməti olaraq qarşısına qırmızı qərənfillər düzüblər.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az