Azərbaycanla Rusiya arasında kritik gün - Dostluğa tamam, yoxsa davam?

Azərbaycanla Rusiya arasında kritik gün - Dostluğa tamam, yoxsa davam?

Bu gün Rusiya Ali Məhkəməsi bu ölkənin Ədliyyə Nazirliyinin təqdimatı əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyat məsələsinə baxacaq. Bu gün 16 ildir mövcud olan böyük bir ictimai təşkilat haqda qəti qərar çıxarılacağı gözlənilir. İddialara görə, hökmün neqativ olacaq. 

Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya qanunvericiliyinin pozulduğu iddia edir. Bundan qabaq məhkəmə iki dəfə - son olaraq isə aprelin 26-da işə baxmağı təxirə salıb.

BakiPost.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə bağlı qərar çıxarılacağı haqda fikir söylənənlər çoxluq təşkil edir: "Amma mən hələ də ümidvaram ki, bu qərar müsbət olacaq. 

Ali Məhkəmə əsas gətirdi ki, guya, nizamnamədəki bəzi müddəalar Rusiya qanunvericiliyinə ziddir. Azərbaycan tərəfi olan həmin təşkilatın rəhbərliyi irad tutulan müddəaları düzəltdi. Məhkəmədə həmin iradları qəbul elədi. Belə bir fikri yarandı ki, deməli, məhkəmə işin müsbət həllini istəyir ki, həmin düzəliş haqda qərarları qəbul edir. 

Ümumiyyətlə, vəziyyət kifayət qədər qeyri-müəyyəndir. Azərbaycan tərəfi şantaj edilir, psixoloji təzyiq göstərilir. Bu nöqteyi-nəzərdən mən də həyacanlıyam və bu işin necə qurtaracağını haqda birmənalı fikir söyləməkdə çətinlik çəkirəm. Çünki Rusiya kimi bir böyük dövlət bu illər ərzində fəaliyyət göstərən təşkilatda nöqsanlar tapır”. 

Qabil Hüseynli hesab edir ki, Rusiya bir diaspor təşkilatına görə Azərbaycanla münasibətlərə kölgə salan hərəkətlərə yol verməyə bilər: "Mən bu vəziyyətin hələ də müsbət olacağına ümid edirəm. Amma indi iki ölkə arasında münasibətlər soyuqdur. Bu səbəbdən Rusiya təşkilatdan yapışıblar. Əlbəttə, təşkilat ləğv edilərsə, münasibətlərdə olan soyuqluq bir azda artacaq. Amma bu Azərbaycan tərəfinin günahı olmayacaq. Azərbaycan hər vasitə ilə çalışır ki, Rusiya ilə münasibətləri ən yüksək səviyyə qaldırsın. Görək Rusiya tərəfi buna necə münasibət bəsləyəcək”. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az