Azərbaycanlı 16,6 milyon dollarlıq fırıldaqçılıqda günahlandırılır

Azərbaycanlı 16,6 milyon dollarlıq fırıldaqçılıqda günahlandırılır

Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı 16,6 milyon dollarlıq fırıldaqçılıqda günahlandırılır.


Bu barədə "Report” "Moskva” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, əslən Azərbaycandan olan 68 yaşlı şəxs 2014-cü ilin iyul ayında Singapurdan olan iş adamı ilə tanış olub və onu özünün təsis etdiyi təşkilatın səhmlərinin 100% -nə sahib olduğuna inandırıb. Əslində, şirkətin səhmlərinin 25% Lenkom Dövlət Teatrına məxsus olub.

Daha sonra, fırıldaqçı həmin iş adamı ilə görüşüb və ona təşkilatın səhmlərini 16,6 milyon dollardan artıq məbləğə satıb.

Şübhəli şəxs saxlanılaraq barəsində cinayət işi açılıb. Onun ölkədən çıxışına məhdudiyyət qoyulub.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az