Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov "Springer" nəşriyyatına daxil olan və genetik ehtiyatlar sahəsində dünya üzrə aparıcı akademik nəşr sayılan impakt faktorlu "Genetic Resources and Crop Evolution” jurnalının redaksiya heyətinə üzv olmaq üçün dəvət alıb.
Nəşriyyatın həyat elmləri üzrə redaktoru Elodie Tronche tərəfindən imzalanmış dəvətnamədə professor Zeynal Əkpərova bitki genetik ehtiyatları sahəsində elmi xidmətlərinə və nailiyyətlərinə, "Springer” nəşriyyatının elmi jurnalları, xüsusən də "Genetic Resources and Crop Evolution” jurnalı ilə elmi rəyçi kimi çoxillik əməkdaşlıq əlaqələrinə görə sözügedən nəşrin redaksiya heyətinə daxil olmaq təklif edilir.
Qeyd etmək lazımdır ki, Z.Əkpərovun tanınmış jurnalın redaksiya heyətinə üzv seçilməsi ona bütün digər üstünlüklərlə yanaşı, ildə burada çap edilmək üçün 10-12 məqalə təqdim etməyə imkan verəcək. Bu da Azərbaycan elminin nüfuzunu daha da artıracaq.
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO