Azərbaycanlı hakerlər Ohanyanı sındırdı- Şəhidimiz Çingizə görə (FOTO)
Keçmiş erməni nazirin səhifəsinə onun adından müraciət yerləşdirilib
Azərbaycanın "Anti-armenia Team" haker qrupu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın rəsmi "Facebook" səhifəsini sındırıb.
İstiPress-in məlumatına görə, bu barədə qrupun rəsmi "Facebook" səhifəsində məlumat verilib.
Qrup üzvləri Ohanyanın adından səhifədə müraciət yerləşdiriblər. Bu müraciətdə Ohanyan Ermənistan hakimiyyətindən Azərbaycan əsgəri Çingiz Qurbanovun meyitinin təcili sürətdə geri qaytarmağa çağırıb.
Ötən ilin 29 dekabrında Azərbaycanla sərhəddə erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən əsgər Çingiz Qurbanov şəhid olub. Ermənistan tərəfi bütün beynəlxalq təşkilatların müraciətlərinə baxmayaraq meyiti qaytarmaqdan imtina edir.
Miq.Az