Azərbaycanlı həkimlər iranlı cərrahın səhvini düzəltdi

Azərbaycanlı həkimlər iranlı cərrahın səhvini düzəltdi

Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında daha bir uğurlu əməliyyat icra olunub.

Qurumdan verilən xəbərə görə, yeddi ay əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində iranlı cərrah tərəfindən böyrək köçürdülən xəstənin halı pisləşib. ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edən xəstənin yarası sağalmır və irinləyirmiş. Digər tərəfdən, bu vətəndaşa həm də şəkərli diabetə tutulduğunu deyiblər.

Müayinə nəticəsində xəstəyə düzgün diaqnoz qoyulmadığı ayınlaşıb. Kompüter tomoqrafiyası zamanı dosent Rasim Bayramov xəstənin qarnında irinlik və yaddan çıxmış yad cisim aşkarlayıb. Və xəstə dərhal Professor Mübariz Əliyev tərəfindən əməliyyata alınıb. Yüksək səviyyədə keçən əməliyyat uğurlu olub. Hazırda xəstənin vəziyyəti stabilləşib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az