Azərbaycanlı oğlan almaniyalı həmcinsiylə evləndi - FOTOLAR

Azərbaycanlı oğlan almaniyalı həmcinsiylə evləndi - FOTOLAR
Nəfəs LGBT Azərbaycan Alyansının sədri Cavid Nəbiyev Almaniyada ailə həyatı qurur.

BakiPost.azxəbər verir ki, bu gün azərbaycanlı homoseksualla almaniyalı həmcinsinin nikah mərasimidir. Bu barədə C. Nəbiyev bir neçə gün əvvəl özü də məlumat verib:"Nikah dairəsində gün təyin etməliyik. Amma mövzumuz odur ki, evlənəndən sonra kim kimin soyadını götürəcək?”

O evlənəcəyi şəxsin cinsini soruşanlara isə "kişi” cavabını verib.

Məlumata görə eynicinslərin nikahı xeyli əvvəl baş tutmalıymış. Lakin C.Nəbiyevin sənədlərindəki çatışmazlıq buna maneə olub. Almaniyadaki aidiyyəti qurum ondan subaylıq haqqında arayış tələb edib. Nəbiyev isə bu arayışı Azərbaycandan ala bilməyib.
 
Qeyd edək ki, bir neçə il əvvəl Cavid Nəbiyev Azərbaycanda öz həmcinsi ilə nişanlanmışdı. Onların nişan xəbəri ictimailəşəndən sonra isə sevgililər ciddi təzyiqlərlə üzləşmişdi. Bu səbəbdən ölkəni tərk etmək məcburiyyətində qalaraq, Türkiyəyə üz tutmuşdular. Daha sonra isə C. Nəbiyev Almaniyaya yollanaraq orada yaşamağa başlayıb. İndi məlum olur ki, o Almaniyaya köçdükdən sonra nişanlısından ayrılıb.
 
Cavid Nəbiyevlə ailə qurduğu həmcinsinin fotolarını təqdim edirik:
 
 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az