Azərbaycanlı qadın Almaniyada yandırılaraq öldürüldü

Azərbaycanlı qadın Almaniyada yandırılaraq öldürüldü

Azərbaycan əsilli qadın Almaniyada yandırılaraq öldürülüb.

Bu barədə "Radiobielefeld” xəbər yayıb.

Məlumata görə, hadisə cümə günü baş verib.

Lemqo şəhərində maskalı velosipedçi yolun kənarı ilə gedən 33 yaşlı qadın piyadanın başına yanan əski atıb. Nəticədə qadın ikinci dərəcəli yanıq xəsarətləri alaraq ölüb.

Ölən qadının Azərbaycanda doğulduğu bildirilib. Hadisəni törədən şəxsin axtarışları davam edir. Cinayətin başvermə səbəbi hələ məlum deyil./virtualaz.org/



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az