Azercell-in Mobil Göz Klinikası yay aylarında yüzlərlə insanı pulsuz müayinə edib
Azərbaycan
mobil rabitə bazarının lider şirkəti Azercell Telekom-un unikal sosial layihələrindən
biri olan Mobil Göz Klinikası bu gün də fəaliyyətini uğurla davam etdirir.
Hər
zaman olduğu kimi, Mobil Göz Klinikası bu il də valideyn himayəsindən məhrum
olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli
müayinəsinin təşkilini təmin edərək, həmçinin, ahıllar və aztəminatlı ailələrə
də xidmət göstərib. 2011-ci il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günündə
fəaliyyətə başlayan və Azərbaycanda çox
maraqla qarşılanan bu layihədən indiyə qədər 2 mindən artıq uşaq yararlanıb.
Layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri "Caspian
Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. Azercell-in bu
təşəbbüsü o qədər uğurlu olub ki, sonradan digər şirkətlər də səyyar şəkildə
tibbi müayinələrin təşkili ilə bağlı layihələr reallaşdırmağa başlayıblar. Təkcə
bu ilin son 7 ayı ərzində Azercell-in bu layihəsi çərçivəsində 455 nəfər müayinədən
keçib ki, bunun da 305 nəfəri uşaqlar, 150 nəfəri isə böyüklərdir. Eyni zamanda,
Klinikada son 7 ay ərzində 56 uşaq, 31 böyük xəstə müalicə alıb. Mart ayında
Mobil Göz Klinikasının həkimləri Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 N-li
Respublika Xüsusi İnternat Məktəbində və SOS Uşaq Kəndində olaraq 91 nəfər
xəstəyə köməklik göstəriblər. Apreldə isə Klinika Bakıda yerləşən İMSİ gənclər
ictimai birliyi "Duyğu" sosial
reabilitasiya ictimai birliyində, eyni zamanda Ağcabədidə fəaliyyət göstərən
"Gün ərzi" qayğı mərkəzində olublar. Bu mərkəzlərdə 105 nəfər şəxs
müayinədən keçib. May, iyun, iyul,
avqust aylarında Klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz
tutublar. Şəki, Ağsu və Oğuz rayonlarında məskunlaşan qaçqın və məcburi
köçkünləri, eyni zamanda əlil və kimsəsizləri pulsuz müayinə edərək, müalicəyə
ehtiyacı olan 184 nəfərə xidmət göstəriblər. Mobil Göz Klinikası eyni zamanda
yay aylarında Sumqayıtda, Masazır və Xırdalanda məskunlaşan qaçqınlara və əlil
insanlara da dayaq olublar.
Məlumat üçün bildirək ki, fəaliyyət göstərdiyi 4 il
ərzində layihə çərçivəsində Klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə,
uşaq evlərinə səfər edib. Azercell-in bu uğurlu layihəsi payız və qış aylarında
ehtiyacı olan insanlara yardım etməyə davam edəcək.