“Azercell”dən abunəçilərə yeni tarif kələyi - Faktlar

“Azercell”dən abunəçilərə yeni tarif kələyi - Faktlar

"Çoxlarının fikir vermədiyi bir məsələyə diqqət yetirməyinizi istəyirəm. Söhbət mobil operatorlardan qısa nömrələrə edilən zənglərdən gedir. 

Azercell müştərisi olduğum üçün əsasən ondan danışacam. Rabitə Nazirliyindən aldığım rəsmi məlumata əsasən qısa nömrələr şəhər telefon nömrələri ilə eyni statusa malikdir və eyni tariflə hesablanmalıdır”. 

Politika.Az-ın məlumatına görə, bunu Famil Ələkbərov yazıb. Onun sözlərinə görə, ancaq Azercell-də olan bütün tariflərdə yazılan digər operatorlara və şəbəkəxarici kimi hesablanmayaraq xüsusi naməlum tariflə hesablanır: 

"Hansı tariflə hesablandığı barədə də heç bir məlumat yoxdur və soruşduqda konkret nömrəni soruşurlar məlumat vermək üçün. Digər operatorların saytlarında isə tariflərdə qeyd kimi qısa nömrələrə olan zənglər bura daxil deyil kimi yazılıb. Niyə? Azercell-də isə ümumiyyətlə qeyd olunmur bu məsələ”. 

Abunəçi bildirir ki, əgər bu nömrələrə edilən zənglər üçün əlavə xüsusi tariflə ödəniş çıxılırsa deməli bu tarif məlumdur: "Amma niyə müştərilərə bu barədə heç bir məlumat verilmir. Nə üçün? Hədsiz və s. bu kimi tariflərdə qısa nömrələrə edilən zənglər həmin tariflərdə qeyd olunan digər operatorlara və ya şəbəkəxariciyə aid edilmir?”

Elə gün yoxdur ki, "Azercell” mobil operator şirkətindən şikayət olmasın. "Azercell” mobil operatorundan şikayətlər səngimək bilmir. 

Bu şirkətdən narazılıq artıq kütləviləşməyə başlayıb. Azərbaycanda bəzi mobil operatorların müştəri cəlb etmək üçün əl atmadıqları yol qalmayıb. Söhbət konkret olaraq "Azercell Telekom” MMC-dən gedir. 

Bu mobil operatordan şikayətlər səngimək bilmir. Belə ki, davamlı olaraq bu mobil operator adi xidmətlər üçün insanları soyur. Pul qoparmaq məqsədilə müxtəlif tarif paketlərinə əl atan "Azercell” abonentləri qıcıqlandırmağa başlayıb. 

Məqsəd adi xidmətlər üçün insanlardan maksimum pul qopartmaqdır, halbuki bu xidmətlər Azərbaycanda və xaricdəki, anoloji operatorların xidmətlərindən heç nə ilə fərqlənmir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az