Azərpaşadan Fuad Poladov açıqlaması: Xəstəyəm, yatıram

Azərpaşadan Fuad Poladov açıqlaması: Xəstəyəm, yatıram

Biz də, mədəniyyət naziri də, nazir müavini də saat 7-dən ayaqdayıq.

Bu fikirləri Yeniçağ.az-a açıqlamasında bu gecə dünyasını dəyişən xalq artisti Fuad Poladov üçün rəsmi vida mərasimi keçirilməməsinə aydınlıq gətirən Rus Dram Teatrının direktor müavini İlham Məmmədov deyib:

Onun sözlərinə görə, mərhum aktyor cənazəsinin evindən götürülməsini özü vəsiyyət edib:

"Rəhmətlik özü evindən götürülməsini istəmişdi. Onun vəziyyətini Mədəniyyət Nazirliyi də, Prezident Administrasiyasında da bilirdilər. Ancaq yenə deyirəm, rəhmətlik özü istəmişdi ki, evindən götürülsün və "Qurd qapısı”nda dəfn edilsin.

Teatrıın kollektivi olaraq, biz də, mədəniyyət naziri də, nazir müavini də saat 7-dən ayaqdayıq. Dəfn saat 2-də olacaq. Bütün aktyorlar, hamımız mərasimə getməyə hazırlaşırıq. Nə lazımdırsa, edəcəyik”.

Azərbaycan Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov isə sualımızı cavabsız qoyub: "Ölüb, Allah rəhmət eləsin! Mən xəstəyəm, yatıram”.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az