“Azərsu”nun sədr müavini qəzaya düşdü - Özü komadadır, 2 nəfər öldü

“Azərsu”nun sədr müavini qəzaya düşdü - Özü komadadır, 2 nəfər öldü

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov qəzaya düşüb.

Hadisə bu gün saat 16:00 radələrində "Stansiya Sumqayıt" adlanan ərazidə qeydə alınıb. Belə ki, Teyyub Cabbarov xidməti maşınında tək olmayıb, sürücüsü ilə yanaşı qurumun "Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov da avtomobildə olub.

Teyyub Cabbarovun olduğu "Toyota-avalon" markalı maşın "Qaz-31"lə toqquşub.

Qəzada iki nəfər həlak olub, 3 nəfər isə ağır yaralanıb. Teyyub Cabbarovun vəziyyətinin ağır olduğu, hətta komaya düşdüyü bildirilir./Qafqazinfo /

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az