AzTV-də İbrahim Məmmədovun yerinə təyinat
"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı
Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini İbrahim Məmmədovun aparıcı
olduğu verilişlər "Lider” televiziya kanalının aparıcısı Rövşən
Məmmədova həvalə edilib.
Vətəninfo.az-ın Publika.az-a istinadən əldə etdiyi
məlumata görə, bundan sonra AzTV-nin efirində gedən "Günün nəbzi" və
"Həftə” analitik proqramı Rövşən Məmmədovun təqdimatında yayımlanacaq.
Artıq Rövşən Məmmədova AzTV-də yüksək vəzifə də verilib.
Xatırladaq
ki, bu il sentyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyevin
imzaladığı sərəncamla İbrahim Məmmədov AzTV-nin sədr müavini
vəzifəsindən azad edilib.
Onu da qeyd edək ki, hazırda Bakı
Dövlət Universitetində (BDU) dərs deyən Rövşən Məmmədov bundan əvvəl
"ANS TV”, "Lider TV” və "İdman-Azərbaycan” telekanallarında çalışıb.