Babək prospekti BAĞLANIR

Babək prospekti BAĞLANIR
Aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq şəhər istiqamətindən Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Miq.az-a  verilən məlumata görə, məhdudlaşma sentyabr ayının 29-dan 30-na keçən gecədən etibarən və prospekt boyunca hissə-hissə tətbiq ediləcək.
Yarana biləcək müvəqqəti narahatlığa görə Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az