Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub - NAZİRLİK

Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub - NAZİRLİK
Badamdar-20-ci sahə avtomobil yolundakı sürüşmənin dinamikasını nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına gips mayaklar qoyulub.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, sürüşmə zonasında nisbi stabiillik qalmaqdadir.
 
Sürüşmə kütləsi üzərində vizual hiss olunan dəyişiklik baş verməyib. Kütləni təşkil edən pozulmuş süxurların ara-sıra yamac boyu hərəkəti qeydə alınıb.
 
Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az